İkardidən “İnter” rəhbərliyinə sərt mesaj FOTO
“İnter”də kapitanlıq sarğısı əlindən alınan Mauro İkardi, sosial şəbəkə hesabından klub rəhbərliyinə ismarıc yollayıb.
Komanda.az xəbər verir ki, argentinalı forvard, “tvitter”də etdiyi paylaşımda, amerikalı yazıçı Mark Tvendən sitat gətirib:
“Susub axmaqlıq etmək, danışıb bütün şübhələri aradan qaldırmaqdan daha yaxşıdır”.
“İnter”lə 2021-ci ilə qədər müqaviləsi olan İkardi, komandanın Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində “Rapid”lə qarşılaşdığı matçda iştirak etməyib.
“İnter” “Rapid”i səfərdə minimal hesabla məğlub edib. Komandalar arasındakı cavab matçı fevralın 21-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin