Keçmiş baş məşqçisindən Neymara məsləhət: “Barselona”ya qayıt”

Braziliya millisinin sabiq baş məşqçisi Luis Felipe Skolari PSJ-nin futbolçusu Neymarla bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, braziliyalı mütəxəssis, Neymara “Barselona”ya qayıtmağı məsləhət görüb:

“Neymara sadəcə bunu deyə bilərəm: “Barselona”ya qayıt. Belə fürsət ortaya çıxsa, o, yenə seçilən futbolçularla eyni şərtlərdə olacaq və dünyanın ən yaxşısı olmaq şansını qazanacaq”.

Neymar 2012-2014-cü illərdə Braziliya millisində Skolarinin rəhbərliyi altında oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button