“Teveslə müqavilə imzalasaydıq, çempion olardıq” – Qalliani
“Milan”ın keçmiş vitse-prezidenti Adriano Qalliani açıqlama verib.
Komanda.az xəbər verir ki, keçmiş funksioner, “qırmızı-qaralar”ın əvvəlki dövrlərə nisbətən geriləməsinin səbəbini deyib:
“Milan”ın geriləməsi ulduzlarını satmasıyla başladı. 2012-ci ildə Zlatan İbrahimoviç və Tiaqo Silva komandadan ayrıldı. 2010/11 mövsümündə çempion olmuşduq. Növbəti il də çempionluğa yaxın idik, ancaq olmadıq. Bu, bizim öz günahımız idi.
Karlos Teveslə müqavilə imzalasaydıq, çempion olardıq. Teves-İbrahimoviç tandemi “Milan”dakı arzum idi”.
Qalliani 1986-2017-ci illər aralığında “Milan”da çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin