“Özümü o qədər pis hiss edirdim ki…” – İnyesta

Hazırda Yaponiyanın “Vissel Kobe” klubunun şərəfini qoruyan Andres İnyesta “Barselona”da çıxış edərkən, depressiya keçirdiyini deyib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı futbolçu, 2009-cu ildə dostu Dani Harkinin ölümündən sonra depressiyaya düşdüyünü bildirib:

“İlk vaxtlar gecənin olmasını gözləyirdim, çünki dərman qəbul edirdim və istirahət edə bilirdim. Özümü o qədər pis hiss edirdim ki, sadəcə istirahət etmək istəyirdim. Çox çətin zamanlar keçirdim, yanımda olan insanlar bunu bilirlər. Amma məşqləri dayandırmadım. Ətrafımdakı insanlar mənə kömək etdi, onların hamısına çox minnətdaram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button