İtaliya klubunun sahibindən 250 min avroluq yardım
İtaliyanın “Fiorentina” klubunun sahibi Rokko Komisso koronavirusla mübarizəyə dəstək olub.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komisso ailəsi, koronavirusla mübarizə fondlarına 250 min avro ianə edib.
Məbləğin yarısı “Carrigo”, yarısı da “Santa Maria Nuova Onlus” fonduna bağışlanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin