Çempionlar Liqası və Avropa Liqasının bərpa vaxtı bilindi
Koronavirusa görə dayandırılan Çempionlar Liqası və Avropa Liqasının bərpa vaxtı məlum olub.
Komanda.az xəbər verir ki, bu barədə “Sky Sport İtalia” məlumat yayıb. Xəbərdə, Avropa Liqasının avqustun 2-3-də, Çempionlar Liqasının isə 7-8-də bərpa olunacağı bildirilib.
Avrokubok matçlarının üç gündən bir keçirilməsi nəzərdə tutulub. UEFA ÇL-in finalını avqustun 29-da keçirməyi planlaşdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin