A Seriyasında mövsüm tamamlanacaq? – federasiya prezidentindən açıqlama
İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina koronavirusa görə dayandırılan A Seriyasında mövsümün tamamlanmasını istəyir.
Komanda.az xəbər verir ki, bu barədə Qravina “La Republica” nəşrinə açıqlamasında deyib:
“Elmə hörmət edirəm, ancaq niyyətimizdən dönə bilmərik. Hazırda nə vaxt oynamağa başlayacağımız deyil, necə oynayacağımız üzərində çalışırıq.
İtaliyada digər sektorlarda da vəziyyət düzələndə, futbol da geri qayıdacaq. Bunu bir daha və hər kəs üçün deyirəm, A Seriyasının tamamlanması lazımdır, hələ zamanımız var”.
A Seriyası koronavirusa görə qeyri-müəyyən müddətə təxirə salınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin