Belçikalı futbolçu manqala görə cəzalandı

Belçikanın “Standard” klubunun futbolçusu Obbi Oulare koronavirus pandemiyasına görə tətbiq olunan karantin qaydalarına əməl etmədiyi üçün cəzalanıb.

Komanda.az xəbər verir ki, belçikalı hücumçu dostları ilə manqal partisi təşkil edərkən yaxalanıb.

24 yaşlı futbolçu bu hərəkətinə görə yerli polis tərəfindən 250 avro cərimə olunub.

Oulare Belçika mətbuatına açıqlamasında bunları söyləyib: “Parti təşkil etməmişdik. Amma qonşularım polisə xəbər veriblər. Mən səhv bir iş gördüyümü düşünmürəm. Polislər də işlərini görürlər, amma həddən artıq həssas davrandılar”.

Belçikada bu günə qədər 30 mindən çox insan koronavirusa yoluxub, 3600-dən çox adam həyatını itirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button