“Barselona” “Real”ın sabiq futbolçusuna “elçi düşdü”
“Milan”ın futbolçusu Teo Hernandes “Barselona”nın “radar”ına düşüb.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, “Barselona”nın 22 yaşlı müdafiəçi üçün 40 milyon avro təklif edəcəyi bildirilib.
2019-cu ildən “Milan”da çıxış edən Teonun müqaviləsi 2024-cü ilə qədərdir. Daha əvvəl İspaniyada “Atletiko” və “Real”da forma geyinən futbolçu ilə “Yuventus” da yaxından maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin