“Müqaviləni yeniləməyim mümkün deyil, çünki…” – Villian
“Çelsi” ilə müqaviləsi iyunda başa çatacaq Villian açıqlama verib.
Komanda.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan braziliyalı futbolçu, “zadəganlar”dan ayrılacağını bildirib:
“Çelsi”də yaxşı karyeram oldu. Orda çalışan insanları və azarkeşləri çox sevirəm. Hər kəs müqaviləmin yaxın bir neçə ay ərzində sona çatacağını bilir. Müqaviləni uzatmaq çətin görünür. Düşünürəm ki, müqaviləni yeniləməyim mümkün deyil, çünki “Çelsi” mənə iki illik müqavilə təklif etdi. Mən üç illik sözləşmə istədim və məsələ orda bitdi. Daha artıq müzakirəyə ehtiyac yoxdur. Klub üç illik müqavilənin mümkünsüz olduğunu bildirdi. Nə olacağını bilmirik, ani bir qərarla razılığa gələ də bilərik, amma bu gün sadəcə müqaviləmin bitdiyini və istədiyim klubla danışıqlar aparmaq haqqımın olduğunu deyə bilərəm.
Hazırda Braziliyaya qayıtmağı düşünmürəm. Əsas məqsədim Avropada qalmaqdır. Düşünürəm ki, daha bir neçə il Avropada yüksək səviyyədə çıxış edə bilərəm. Braziliyaya qayıtsam, “Korintians” klubu karyeramı bitirmək üçün ən yaxşı seçim olar”.
Villian 2013-cü ildən “Çelsi”nin şərəfini qoruyur.
Bizi Facebook-da izləyin