“Bavariya”dan baş məşqçisi ilə yeni müqavilə – RƏSMİ
Almaniyanın “Bavariya” klubu baş məşqçi Hansi Fliklə yeni müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
55 yaşlı mütəxəssislə müqavilənin müddəti 2023-cü ilin yayınadək uzadılıb.
Onun Bundesliqa klubu ilə əvvəlki müqaviləsi cari mövsümün sonuna qədər idi.
Qeyd edək ki, Hansi Flik “Bavariya”nın baş məşqçisi vəzifəsində xorvatiyalı Niko Kovaçı əvəzləyib. Onun rəhbərlik etdiyi komanda koronavirus pandemiyasına görə fasilə verilmiş Bundesliqada 25 oyuna topladığı 55 xalla ilk pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin