Belçikada çempionat ləğv olunur
Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan futbol üzrə Belçika çempionatının 2019/20 mövsümü ləğv oluna bilər.
Komanda.az xəbər verir ki, bu barədə Jupiler Liqanın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, bu gün elita iştirakçısı olan klub rəsmilərinin iştirakı ilə video-konfrans təşkil olunub.
Tədbirdə mövcud vəziyyət müzakirə edilib. Yekunda mövsümün ləğvi ilə bağlı tövsiyyə xarakterli qərar qəbul olunub.
Jupiler Liqanın aqibəti aprelin 15-də təkrar müzakirə olunacaq. Məhz həmin gün yekun qərar çıxarılacaq.
Qeyd edək ki, Belçika çempionatında 29 turdan sonra 70 xala malik “Brügge” liderdi. İkinci yerdə “Gent” (55 xal), 3-cü sırada isə “Şarlerua” (54 xal) qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin