Ramil Şeydayevin sabiq klubu dağıldı
Slovakiyanın “Jilina” klubu fəaliyyətini dayandırıb.
Komanda.az xəbər verir ki, bu barədə eyniadlı şəhərin təmsilçisinin rəsmi saytı bəyanat yayıb.
Bildirilib ki, klubun dağılması maliyyə böhranı ilə bağlıdı:
“Klubun maliyyələşmə strategiyası oyunçuların satışından əldə olunan gəlirlərə əsaslanır. Bu yay transferlərdən qazancın sıfıra yaxın olacağı ehtimalı daha çoxdur. Ləğv prosesi yaxın gələcəkdə klubun üzərindəki təzyiqi azalda bilər”.
Klubun aprelin 1-dən fəaliyyətini rəsmən dayandıracağı vurğulanıb.
Qeyd edək ki, 1908-ci ildə yaranmış “Jilina” klubu 7 qat Slovakiya çempionudu. Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev 2017-ci ildə bu komandanın formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin