Braziliya millisinin üzvü “Atletiko”nun hədəfində

“Everton”un futbolçusu Riçarlison Andrade karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Atletiko” braziliyalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə İngiltərənin “Daily Star” nəşri məlumat yayıb. Xəbərdə, “Atletiko”nun artıq 21 yaşlı futbolçunun keçidi üçün danışıqlara başladığı bildirilib.

Alvaro Morata və Dieqo Kostadan istədiyi “performans”ı ala bilməyən baş məşqçi Dieqo Simeone, braziliyalı hücumçunun mütləq şəkildə transfer olunmasını istəyir.

“Everton” formasıyla 28 qarşılaşmada iştirak edən Riçarlison, bu mövsüm 11 qol vurub. O, 6 dəfə də Braziliya millisinin uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button