“İnter”in futbolçusu Slovakiyada ilin ən yaxşısı elan olundu
Milan “İnter”inin müdafiəçisi Milan Şkrinyar Slovakiyada ilin ən yaxşı futbolçusu elan olunub.
Komanda.az xəbər verir ki, bu barədə Slovakiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Jurnalistlər və məşqçilər arasında keçirilmiş sorğuda ikinci yeri “Nyukasl”ın qapıçısı Martin Dubrovka tutub. “Dalyan İfan”ın yarımmüdafiəçisi Marek Hamşik isə üçüncü olub.
Bratislava “Slovan”ını çalışdıran Yan Kozak da Slovakiyada ilin ən yaxşı məşqçisi elan olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin