“Liverpul”un futbolçusundan nümunəvi addım
“Liverpul”un futbolçusu Sadio Mane Seneqalda koronavirusla mübarizə üçün maddi yardım edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 27 yaşlı hücumçu, vətənində artan infeksiya hallarının qarşısını almaq üçün səhiyyə orqanlarına 45 min avro bağışlayıb.
Seneqalda koronavirusa yoluxanların ümumi sayı 27-dir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin