Riçard Almeyda “Baniyas”a qələbə qazandırdı
Futbol üzrə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) çempionatında 19-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi “Baniyas” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “İttihad Kalba” ilə qarşılaşıb. Almeydanın komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Riçard da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb.
Komandasının ilk qolunu da Almeyda vurub. O, 52-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə matçda hesabı bərabərləşdirib. 90+2-ci dəqiqədə isə “Baniyas” qələbə qolunu vurub.
“Baniyas” 19 oyuna topladığı 23 xalla 14 iştirakçı arasında 9-cudu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin