PSJ – “Borussiya” matçı azarkeşsiz keçiriləcək – rəsmi

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində Fransada keçiriləcək PSJ – “Borussiya” (Dortmund) matçı azarkeşsiz oynanılacaq.

Komanda.az xəbər verir ki, bu barədə PSJ-nin rəsmi saytı məlumat yayıb. Azarkeşlər martın 11-də keçiriləcək görüşü koronavirus səbəbindən stadiondan canlı izləyə bilməyəcəklər. Virusun yayılmasının qarşısını almaq məqsədiylə bu addımın atıldığı bildirilib.

Martın 11-də keçiriləcək PSJ – “Borussiya” matçı saat 00:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda PSJ 1:2 hesabıyla uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button