“Futbolçulara görə çox kədərlənirəm” – Mourinyo
İngiltərə Federasiya kubokunun 1/8 final mərhələsi çərçivəsində “Norviç”lə 1:1 hesablı bərabərliyə razılaşan “Tottenhem”in baş məşqçisi Joze Mourinyo açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, penaltilər seriyasında rəqibinə 2:3 hesabı ilə məğlub olaraq, mübarizəni dayandıran London klubunun baş məşqçisi, oyunu belə dəyərləndirib:
“Qarşılaşma gözlədiyimiz kimi çətin keçdi. Komandada itkilərimiz vardı, amma meydanda olan futbolçular əllərindən gələni etdilər. Komandam inanılmaz səy göstərdi, çalışdı. Futbolçuların bir çoxunun problemləri vardı. 90 dəqiqə ərzində komandalar bir-birlərinə yaxın oyun göstərdilər, 120 dəqiqə mübarizə apardıq və penaltilərdə məğlub olduq. Futbolçulara görə çox kədərlənirəm. Düşünürəm ki, məğlubiyyətə layiq deyildik”.
Bizi Facebook-da izləyin