“Barselona”yla razılaşmışdı, “Mançester Siti”yə keçdi
“Mançester Siti” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, “şəhərlilər” “Koritiba”dan Braziliyanın gənclər millisinin üzvü olan Yan Koutonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 17 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Kouto “Mançester Siti”yə yayda qoşulacaq.
Koutonun “Barselona”ya transfer olunacağı gözlənilirdi. Çünki qış transfer pəncərəsi dövründə Koutonun Kataloniya təmsilçisi ilə razılaşdığı bildirilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin