“Yuventus” – “Lion” matçına koronavirus əngəli: ya azarkeşsiz, ya da…
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Yuventus” – “Lion” matçı azarkeşsiz oynanıla bilər.
Komanda.az xəbər verir ki, bu barədə Fransanın “Lequipe” nəşri məlumat yayıb. Oyunun azarkeşsiz keçirilmə səbəbi İtaliyada koronavirus epidemiyasının yayılmasıdır.
Hazırda “Yuventus” – “Lion” matçının azarkeşsiz keçirilməsi nəzərdə tutulur. Digər variant isə qarşılaşmanın başqa bir stadionda oynanılmasıdır.
“Yuventus” – “Lion” matçı martın 17-də keçiriləcək. Komandalar arasında baş tutan ilk qarşılaşmada “Lion” minimal hesablı qələbə qazanıb – 1:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin