“Valensiya” “qol silahı”nı itirdi

İspaniyanın “Valensiya” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin əsas “qol silahı” Maksi Qomes sıradan çıxıb.

23 yaşlı hücumçu “Betis”ə 1:2 hesabıyla uduzduqları oyunda zədələnib. Oyundan sonra ətraflı müayinə olunan futbolçunun sol ayaq barmağında qırıq aşkarlanıb. Bu üzdən, uruqvaylı forvardın qarşıdakı günlərdə əməliyyat olunacağı bildirilir. Qomes azı 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Uruqvay yığmasının da formasını geyinən Maksi Qomes bu mövsüm “Valensiya”da 22 oyuna çıxıb, 8 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button