“Liverpul”un futbolçusu mükafatına qovuşdu FOTO
2019-cu ilin yekunlarına əsasən Avropada ilin ən yaxşı braziliyalı futbolçusu seçilən Alisson Bekker mükafatına qovuşub.
Komanda.az xəbər verir ki, bu barədə 27 yaşlı qapıçının formasını geyindiyi “Liverpul” klubunun mətbuat xidməti məlumat yayıb. Alisson 2019-cu ilin yekunları üzrə Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçuya verilən “Samba gold” mükafatını alıb.
“Samba gold”u qazanan üçüncü “Liverpul”lu olan Bekker, həm də, bu mükafatı alan ilk qapıçı olub. Braziliya millisinin də qolkiperi olan Alisson, 2019-cu ildə “Liverpul”la Çempionlar Liqasını, Klublararası dünya çempionluğunu, Braziliya yığması ilə isə Amerika kubokunu qazanıb.
“Samba gold”u ötən il “Liverpul”dan Roberto Firmino qazanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin