Salah üçün 200 milyon avroluq təklif!

Yayda “Real”dan Kriştiano Ronaldonu heyətinə qatan “Yuventus”, növbəti böyük transferə hazırlaşır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” “Liverpul”un hücumçusu Məhəmməd Salahı heyətinə qatmağı planlaşdırır. “Yuventus”un 26 yaşlı futbolçu üçün 200 milyon avro ödəməyə hazır olduğu bildirilir.

“Liverpul”la 2023-cü ilədək müqaviləsi olan misirli futbolçu, bu mövsüm “qırmızılar”ın heyətində iştirak etdiyi 33 oyunda 19 qol vurub, 8 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button