Kasilyas pezidentliyə namizədliyini rəsmən açıqladı
“Portu”nun qapıçısı İker Kasilyas İspaniya Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd olacağını təsdiqləyib.
Komanda.az xəbər verir ki, bu barədə ispan qolkiper sosial şəbəkə hesabında məlumat yayıb. 38 yaşlı qapıçı bu qərarını “Portu” rəhbərliyinə bildirdiyini də vurğulayıb:
“Seçkilərdə federasiya prezidentliyinə namizəd olacağam. Bərabər İspaniya futbolunu zirvələrə daşıyacağıq. Şəffaf və ədalətli seçkidə bizi 23 mindən çox seçici gözləyir. Göstərilən diqqət və qayğıya görə hər kəsə təşəkkür edirəm”.
Kasilyas seçkilərdə indiki prezident, 2018-ci ildən fəaliyyətdə olan Luis Rubialesə rəqib olacaq.
Qeyd edək ki, hələlik seçkilərin dəqiq tarixi açıqlanmayıb. Amma bunun AÇ-2020-yə qədər baş tutması gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin