“Milan”a 1 qol bəs etdi
İtaliya A Seriyasında 24-cü tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Turun açılış matçında “Leççe” SPAL-la qarşılaşıb və çətin qələbəyə sevinib. “Bolonya” evdə “Cenoa”ya böyük hesabla uduzub. “Atalanta” isə son turlarda ardıcıl məğlubiyyətlər alan “Roma”nı məğlub yola salıb.
Lider “Yuventus” bu turda “Breşiya”nı sınağa çəkib və inamlı qələbəyə sevinib.
Turun mərkəzi görüşü paytaxt Romada keçirilib. “Latsio” doğma azarkeşləri qarşısında “İnter”lə münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Sonuncu oyun günündə bir qarşılaşma baş tutub. “Milan” doğma meydanda “Torino” ilə qarşılaşıb. Meydan sahibləri bu görüşdə minimal hesablı qələbə qazanıblar.
İtaliya A Seriyası, 24-cü tur
15 fevral
Leççe – SPAL 2:1
Qol: Mankosu, 41-pen. Mayer, 66 – Petanya, 47.
Bolonya – Cenoa 0:3
Qol: Soumaoro, 28. Sanabria, 44. Krişito, 90-pen.
Atalanta – Roma 2:1
Qol: Palomino, 50. Paşaliç, 59 – Dzeko, 45.
16 fevral
Udineze – Verona 0:0
Yuventus – Breşiya 2:0
Qol: Dibala, 39. Kuadrado, 75.
Sampdoriya – Fiorentina 1:5
Qol: Qabbyadini, 90 – Torsbi, 8-öz qapısına. Vlahoviç, 18-pen; 57. Kyeza, 40-pen; 78.
Sassuolo – Parma 0:1
Qol: Jervinyo, 25.
Kalyari – Napoli 0:1
Qol: Mertens, 66.
Latsio – İnter 2:1
Qol: İmmobile, 50-pen. Milinkoviç-Saviç, 69 – E.Yanq, 44.
17 fevral
Milan – Torino 1:0
Qol: Rebiç, 25.
Bombardir: Çiro İmmobile (Latsio) – 26 qol.
Bizi Facebook-da izləyin