Bundesliqa klubunda baş məşqçi ayrılığı
Almaniyalı baş məşqçi Yurgen Klinsmann “Herta” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə 55 yaşlı mütəxəssis rəsmi “facebook” hesabında məlumat yayıb. Klinsmann “Herta” ilə yollarını ayırdığını bildirib.
Klinsmann ötən ilin noyabrından “Herta”nı çalışdırırdı. Onun rəhbərlik etdiyi Berlin təmsilçisi Bundesliqada 14-cü sıradadır.
Klinsmann 2004-2006-cı illər aralığında Almaniya millisini çalışdırıb və DÇ-2006-da bürünc medal sevinci yaşayıb. 2008-2009-cu illər aralığında “Bavariya”da baş məşqçilik edən mütəxəssis, 2011-ci ildən 2016-ya qədər ABŞ yığmasında işləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin