Mxitaryana yiyə duran yoxdur

İngiltərənin “Arsenal” klubu icarə əsasında “Roma”da çıxış edən Henrix Mxitaryanın transfer qiymətini müəyyənləşdirib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “topçular” erməni futbolçu üçün “Roma”dan 20 milyon funt-sterlinq tələb edir. Mxitaryan karyerasını “canavarlar”da davam etdirmək istəsə də, İtaliya klubu onun üçün bu məbləği ödəmək fikrinə deyil.

Eyni zamanda, “Arsenal” da 31 yaşlı futbolçunun xidmətində maraqlı deyil və onu bu məbləğ qarşılığında satmaq niyyətindədir.

Keçən ilin sentyabrında icarə əsasında “Roma”ya keçən Mxitaryan, mövsümün sonunadək paytaxt klubunun şərəfini qoruyacaq. Onun “Arsenal”la müqaviləsi 2021-ci ilin iyulunadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button