“Bavariya” “Liverpul”un futbolçusunu “qaralayıb”
“Bavariya” klubu heyətini “Liverpul”un futbolçusu ilə gücləndirmək niyyətindədir.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Liverpul”un hücumçusu Roberto Firmino Münhen klubunun maraq dairəsindədir. Almaniya tərəfinin braziliyalı futbolçunu yayda heyətinə qatmaq istədiyi və bunun üçün təklif hazırladığı bildirilir. “Bavariya” Firminonun sayəsində hücum xəttində güclənəcəyini düşünür və yay transfer pəncərəsi üçün əsas hədəfi braziliyalı forvarddır. “Liverpul”un Firminonun təzminat məbləğini 75 milyon avro olaraq müəyyənləşdirdiyi bildirilir.
2015-ci ildən Mersisayd klubunun şərəfini qoruyan 28 yaşlı futbolçu, cari mövsümdə iştirak etdiyi 36 oyunda 10 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Liverpul”la müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.
Bizi Facebook-da izləyin