“Mançester Yunayted”in sabiq futbolçusu 4-cü divizionda
“Mançester Yunayted”in sabiq futbolçusu Darron Gibson karyerasını İngiltərənin 2-ci liqasında – səviyyəcə 4-cü divizionda davam etdirəcək.
Komanda.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “Solford”a keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İrlandiyalı futbolçu mövsümün sonuna qədər “Solford”da çıxış edəcək.
“Mançester Yunayted”in yetirməsi olan Gibson, “Everton”, “Antverpen”, “Sanderlend” və “Viqan”da forma geyinib. Yarımmüdafiəçi İrlandiya yığmasında 26 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin