İtaliyada ən yaxşı məşqçi seçildi – 62 yaşında

İtaliyada ötən ilin ən yaxşı məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, hər il keçirilən ənənəvi sorğunun budəfəki qalibi Can Pyero Qasperini olub.

“Atalanta”nın çalışdırıcısına 2018/19 mövsümünün ən yaxşı baş məşqçi kimi “qızıl skamya” mükafatı təqdim olunub.

2016-cı ildən “Atalanta”nı çalışdıran 62 yaşlı italiyalı mütəxəssis karyerası ərzində ilk dəfə ilin ən yaxşısı elan olunur. O, daha öncə “Cenoa”, “Palermo”, “İnter” və “Krotone” klublarını da çalışdırıb. Qasperini ötən mövsüm “Atalanta”nı tarixində ilk dəfə A Seriyasının 3-cüsü edib, həmçinin bu komandanı UEFA Çempionlar Liqasının qrup mərhələsinə daşıyıb.

Qasperinidən öncə bu mükafatı ardıcıl iki il idi Massimilano Alleqri (sabiq “Yuventus”lu) qazanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button