Son 18 ilin ilk “qırmızı” ukraynalısı
“Mançester Siti” İngiltərə Premyer Liqasının 25-ci turunda “Tottenhem”ə məğlub olub.
Komanda.az xəbər verir ki, 0:2 hesabıyla bitən qarşılaşmanın 63-cü dəqiqəsində “şəhərlilər”in futbolçusu Aleksandr Zinçenko qırmızı vərəqə alıb. Ukraynalı futbolçu Premyer Liqada ilk dəfə idi ki, meydandan qovulurdu.
Ümumilikdə, Zinçenko, 2002-ci ildən bəri Premyer Liqada qırmızı vərəqə alan ilk ukraynalıdır. Bundan əvvəl qırmızı vərəqə alan ukraynalı “Arsenal”ın futbolçusu Oleq Lujniy idi. O, 2002-ci ildə “Blekbern”lə matçda meydandan qovulmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin