Qurban Qurbanov: “Alınsa, Alper Potuku transfer edəcəyik, alınmasa…”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Vacib 3 xal qazandıq. İlk oyunlarda həmişə tam istədiyini meydanda görmək çətin olur. Futbolçularda oyun intizamı gördüm. Təmkinli oynadılar. Bizim üçün o qədər də asan olmadı. Sonda vacib olan 3 xalı qazandıq.
- Transferlər olacaqmı? Alper Potuk məsələsi gündəmdə varmı?
- Alper Potuk gündəmdədi. Bizdən asılı olan hər şeyi etmişik. O qədər də asan deyil. Son dəqiqələrə qədər danışıqlar olacaq. Həll etməyə çalışacağıq. Dünən də bir futbolçudan “yox” cavabı gəldi. Görünən odu ki, alınsa, Alper olacaq, alınmasa da heç kim.
- Riçard Almeydanın yoxluğu hiss olundumu?
- Almeyda bizim üçün vacib oyunçu olub. Bu gün komandada olan futbolçular da bizim üçün vacibdi.
- Ovusunun tam formaya düşməsi üçün nə qədər vaxt lazımdı?
- Buna dəqiq cavab verə bilməyəcəm. Sadəcə, komandaya uyğunlaşmaq problemi ola bilər. Ümumi fiziki formasını bərpa etmək çətin olmayacaq. 2 gün əvvəl yüngül zədə almışdı. Ona görə bu gün risk etmədik. Bir az vaxt lazım olacaq.
- “Neftçi” ilə oyundan nə gözləyirsiz?
- Heç kimin qarşısını almaq istəmirik. Yuxarı yerləri tutmaq istəyirik. Qarşıdakı oyuna vaxtımız azdı. “Neftçi” istəklidi. Onlara qarşı oyunlarımız maraqlı olur. Çalışırıq ki, rəqibi daha yaxından təhlil edək. Yeni məşqçi gəlib. Buna görə də ola bilsin, bizim daha çox düşünməyimiz lazım olsun.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin