“Salah “Roma”da qalsaydı…” – Totti

“Roma” klubunun sabiq futbolçusu Françesko Totti “Liverpul”un hücumçusu Məhəmməd Salahla bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Roma”da komanda yoldaşı olmuş Salahla bağlı danışan Totti, onun “Liverpul”a transferini dəyərləndirib:

“Salah “Roma”da qalsaydı, Çempionlar Liqasını qazanmağı mümkünsüz olardı. Amma bir neçə turnirdə mübarizə aparan və qalib olan kluba transfer olunması onun şansını artırdı. O, “Roma”dan “Liverpul”a heç kimin gözləmədiyi halda transfer olundu və parladı. Artıq Salah istənilən oyunu dəyişdirə biləcək bir futbolçudur”.

2015-ci ildə “Roma”ya keçən misirli futbolçu, 2017-ci ildən “Liverpul”un şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button