Azərbaycanlı futbolçu üçün Ermənistandan 3 rəqib

Azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” klubu Kiprdəki təlim-məşq toplanışı çərçivəsində 6 yoxlama oyunu keçirəcək.

Komanda.az xəbər verir ki, Rusiyanın Premyer Liqa təmsilçisi Serbiyanın “Çukariçki”, Latviyanın “Liepaya”, Litvanın “Suduva”, Ermənistanın “Ararat”, “Ararat-Ermənistan” və “Urartu” klublarıyla qarşılaşacaq.

“Ufa”da forma geyinən azərbaycanlı futbolçu Azər Əliyev komanda ilə birgə Kiprə yollanıb. Ancaq digər azərbaycanlı oyunçu Turqay Möhbalıyev isə heyətdən kənarda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button