Liqa 1-dən Bundesliqaya

Almaniyanın “Herta” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Lion”dan Lukas Tusarı transfer edib. Bu barədə Berlin klubunun rəsmi saytı məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Tusar, bu mövsümün sonuna qədər icarə əsasında “Lion”da çıxış edəcək. “Herta” fransız yarımmüdafiəçi üçün 25 milyon avro ödəyəcək.

Bu mövsüm Liqa 1-də 18 oyuna çıxan futbolçu 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button