Elxanın “krışa”sı

Kürşad

Çayxana

  • Qağaaa! Nətəərsən?
  • Sağ ol, qardaş, sən necəsən?
  • Belə də, babat. Yavaş-yavaş… Qağaaa, yenə fitboldan yazısan?
  • Hə.
  • Sən canın, olmuyan fitbolun nəyindən yazısan? A kişi, bizdə fitbol var? Xi-xi-xi-xi…
  • Bə nədən yazaq?
  • Nədən? Manıslardan yaz. Sən öl, dəhişət oxunar. “İnstaqram”da qan eliyillər e. Roza Zərgərli var ha, bax, öyün onun səyifəsinə baxırdım, millət bilisən necə marağ göstərir? Zalım qızı da bilisən nədiii!
  • Onlardan yazan var da, bizim işimiz futboldan, idmandan yazmağdı.
  • Bax, fitbolun nəyindən yazısan da, nəyindən? “Feysbuk”a girə bilmirəm, o Elxandı, nədi, onu söyənnərin əlinnən. Qağaaa!
  • Hə.
  • Bu Elxan neynir ki belə, hamı onun əlinnən yanıxlıdı?
  • Məmmədov?
  • Hə də, o.
  • Həəə. Heç nə eləmədiyinə görə söyüllər də. Hi-hi-hi-hi.
  • Nətəər yəni heç nə eləmədiyinə görə? Bə nöşün söyüllər yazığı?
  • Heç nə eləmədiyinə görə dəəə! Yəni… Necə deyim e… Yəni yaxşı işləmir də. Elə bil, bu Elxan neçə ildi AFFA-dadı da, ortaya heç bir yaxşı iş qoya bilmir, ona görə də söyüllər.
  • Hmm. Belə denən dəə. Mən də deyrəm yazığı nöş söyüllər. Qağaaa..?
  • Hə.
  • Bə bu Elxanın “krışa”sı kimdi ki?
  • Dəqiq bilmirəm, ancaq deyillər Elşad Nəsirovdu.
  • O kimdi helə?
  • Sənin işin-gücün yoxdu? Nəyivə lazımdı Elşad kimdi? Get Rozanın şəkillərinə bax da. Hi-hi-hi-hi.
  • Yox e, marağlıdı, valla. Sən canın, kimdi bu Elşad? O kişi var e… Adı nəydi eee… Prezidentdi e özü də.
  • AFFA prezidentini deyirsən?
  • Həəə, ay sağ ol! Bax, onnan böyü adamdı Elşad?
  • Vəzifəsinə görə yox.
  • Bə nəyinə görə? Boyuna görə? Xi-xi-xi.
  • Məzələnirsən mənnən? Boyuna görə yox, Elşadın “dal”ı güclüdü.
  • Həə, belə deynən də. Qağa…
  • Hə.
  • İndi bınnar getsə, fitbol düzələcəy?
  • Bilmirəm, ola bilər düzəlsin, ola bilər yox.
  • Necə yəni ola bilər yox? Bə axı bu yazığları bütün gün söyüllər. Elə bil sən öl, bınnar qazonnarın hamısını şumlayıb, camahatı qoymullar fitbol oynamağa.
  •  Dedim də, bunların da günahı var. Amma futbolun pis gündə olmasının günahkarları təkcə bunlar deyil.
  • Bə kimdi, ay qağa?
  • Uzun söbətdi e. Sən ən yaxşısı gir “instaqram”a, müğənni arvaddarın dalına bax. Hi-hi-hi.
  • Məzələnmə də, sən canın.
  • Yaxşı, yaxşı, zarafat elədim.
  • Qağaaa.
  • Həəə!
  • Çayıvı iç, soyutma.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button