“Qalatasaray” da 1/4 finalda!

Futbol üzrə Türkiyə kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

“Fənərbaxça” səfərdə qolsuz heç-heçəyə razılaşdığı “Kayserispor”u evdə 2 cavabsız qolla məğlub edərək 1/4 finala yüksəlib.

“Başakşəhər” isə aşağı liqa təmsilçisi “Kırklarelispor”la bacarmayıb. Bu komandaların hər iki oyunu heç-heçə yekunlaşsa da, “Kırklarelispor” səfər qolu sayəsində növbəti mərhələyə yüksəlib.

İkinci oyun günündə daha üç görüş baş tutub. “Kasımpaşa” “Alanyaspor”la ev oyunundan qalib ayrılsa da, növbəti mərhələyə qonaq komanda yüksəlib. Dörd qolun qeydə alındığı “Göztəpə” – “Antalyaspor” matçında da sevinən tərəf qonaqlar olub. “Beşiktaş” isə səfərdə 2:3 uduzduğu aşağı liqa təmsilçisi “Ərzurumspor”a doğma meydanda da eyni hesabla uduzmaqla mübarizəni dayandırıb.

Sonuncu oyun günündə 3 görüş baş tutub. Super Liqanın lideri “Sivasspor”, son çempion “Qalatasaray” və “Trabzonspor” sərfəli nəticələrə imza atmaqla növbəti mərhələyə vəsiqəni təmin ediblər.

Türkiyə kuboku, 1/8 finalın cavab oyunları

21 yanvar

Kırklarelispor – Başakşəhər 0:0 (ilk oyun 1:1)

Fənərbaxça – Kayserispor 2:0 (0:0)

22 yanvar

Kasımpaşa – Alanyaspor 3:2 (1:3)

Göztəpə – Antalyaspor 2:2 (3:4)

Beşiktaş – Ərzurumspor 2:3 (2:3)

23 yanvar

Yeni Malatyaspor – Sivasspor 2:1 (0:4)

Dənizlispor – Trabzonspor 2:1 (0:2)

Qalatasaray – Rizəspor 2:1 (1:1)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button