Arda Turan üçün Argentina iddiası

Müqavilə ilə “Barselona”ya məxsus olan Arda Turan karyerasını Argentinada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “Boka Xuniors” klubuna keçmək istəyir. Bu barədə “TyC Sports” nəşri məlumat yayıb. Xəbərdə, Ardanın menecerlər vasitəsiylə artıq Argentina təmsilçisi ilə ilkin əlaqələr qurduğu bildirilib.

Son iki mövsümü icarə əsasında “Başakşəhər” klubunda keçirən Ardanın “Barselona” ilə müqaviləsi mövsümün sonuna qədərdir. Arda Turanın adı “Boka Xuniors”la yanaşı, Braziliyanın “Flamenqo” və “Palmeyras” klublarıyla da hallanır.

“Qalatasaray”ın yetirməsi olan Arda, 2011-ci ildə “Atletiko”ya, 2015-ci ildə isə “Barselona”ya keçib. Kataloniya təmsilçisində gözlənilən performansı sərgiləyə bilməyən yarımmüdafiəçi, 2018-ci ildə “Başakşəhər”ə iki illik icarəyə verilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button