Prezident olmaq istəyən Kasilyas

İspaniya millisinin və “Real”ın sabiq üzvü İker Kasilyas federasiya prezidenti olmaq niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, səhhətində problemlər yaşayan Kasilyasın yaxın zamanda futbolçu karyerasını bitirəcəyi və İspaniya Futbol Federasiyasının növbəti prezident seçkilərində namizəd olacağı bildirilir.

Kasilyas bir müddət əvvəl “Portu”nun məşqində infarkt keçirmişdi.

Peşəkar futbolçu karyerasına 1999-cu ildə “Real”da başlayan Kasilyas, 16 il sonra Madrid klubundan ayrılmışdı. O, 2015-ci ildən “Portu”nun şərəfini qoruyurdu. Keçmiş qapıçı hazırda Portuqaliya klubunda çalışır. Onun yaşıl meydanlara qayıdacağı da istisna edilmir.

Kasilyas 167 dəfə İspaniya millisinin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button