“Sabah” günü bir məşqlə başa vurdu
Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Sabah” hazırlığı davam etdirir.
Komanda.az xəbər verir ki, dünən Rumıniyanın “Akademika Klinçeni” klubuyla qarşılaşan Jelko Sopiçin yetirmələri, bu gün səhər saatlarında məşqə çıxıb.
Yoxlama oyununda daha uzun müddət meydanda olmuş futbolçular bərpa məşqi keçiblər. Digər futbolçular isə topla çalışmalarda iştirak ediblər.
Xatıradaq ki, “Sabah” Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununu Qazaxıstanın “Kaysar” klubuna qarşı keçirəcək. Görüş yanvarın 19-da baş tutacaq.
“Sabah” Antalya toplanışında daha öncə Macarıstanın “Pakş” (0:2) və Rumıniyanın “Akademika Klinçeni” (0:0) klublarıyla qarşılaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin