100-ə çatan “qırmızı şeytan”

“Mançester Yunayted” İngiltərə Federasiya kubokunun 1/32 final mərhələsində “Vulverhempton”u məğlub edib.

Komanda.az xəbər verir ki, 1:0 hesabıyla bitən matç “qırmızı şeytanlar”ın futbolçusu Nemanya Matiç üçün əlamətdar olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belə ki, “Vulverhempton”la oyun serbiyalı yarımmüdafiəçinin MY-də 100-cü matçı olub.

2017-ci ildən “Mançester Yunayted”də forma geyinən Matiçin müqaviləsi mövsümün sonunda bitir. 31 yaşlı yarımmüdafiəçi bu mövsüm 12 qarşılaşmaya çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button