Danimarka millisinin üzvü rəsmən “Milan”da

Danimarka millisinin və “Sevilya”nın futbolçusu Simon Kyaerin yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, icarə əsasında “Atalanta” forması geyinən müdafiəçi “Milan”a keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İtaliya təmsilçisi təcrübəli futbolçunu mövsümün sonuna qədər icarəyə götürüb.

Kyaer 2019-cu ilin yayında icarə əsasında “Atalanta”ya keçmişdi. Onun bu klubla da sözləşməsinin müddəti mövsümün sonuna qədər idi. Lakin 30 yaşlı müdafiəçi müqavilə ilə “Sevilya” klubuna məxsusdu və sözləşməsi 2021-ci ilin yayına qədərdi.

Kyaer Danimarka millisinin heyətində 95 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button