Super Liqa klubu rus futbolçu ilə yollarını ayırdı
Türkiyənin “Ərzurumspor” klubu rusiyalı legioneri Arsen Xubulovla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti açıqlama yayıb.
Açıqlamada bildirilir ki, 28 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Xubulov Ərzurum təmsilçisinə cari mövsümün əvvəlində “Anji”dən transfer edilmişdi.
Xubulovun yeni klubu da müəyyənləşib. O, Krasnoyarsk “Yenisey”inə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin