Beqoviç “Qarabağ”da qala bilər – “Vest Hem” imtina etdi
Bu mövsümün əvvəlindən “Qarabağ”ın uğurları üçün çalışan Asmir Beqoviçin “Vest Hem”ə gözlənilən keçidi baş tutmayacaq.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi bosniyalı qolkiperi icarəyə götürmək istəsə də, bu fikrindən daşınıb.
Britaniya mətbuatının yazdığına görə, “Vest Hem” rəhbərliyi Beqoviçin əvəzində sabiq qapıçısı Darren Rindolfu qaytarmağa qərar verib. 2013-2015-ci illər aralığında məhz “Vest Hem”də çıxış edən 32 yaşlı qolkiper “Midlsbro”ya 6 milyon avro qarşılığında satılmışdı. Lakin klub rəhbərliyi əsas qapıçısı Lukaş Fabianskiyə əvəzləyici kimi məhz Rindolfu qaytarmağı məqsədəuyğun sayıb. Bu üzdən də Beqoviçin bu komandaya keçməyəcəyi dəqiqləşib.
Britaniya mətbuatının digər iddiasına görə, “Vest Hem”in bu qərarından sonra Beqoviçin “Qarabağ”da qalmaq ehtimalı çoxalıb. Çünki “Bornmut”a qayıdacağı halda yenə əsas heyətdən kənarda qalacaq Bosniya və Herseqovina yığmasının üzvü üçün Azərbaycandakı karyerasını davam etdirməsi daha məntiqli hesab olunur.
Bizi Facebook-da izləyin