“Ümid edirəm ki, karyeramı davam etdirmək üçün başqa klub axtarmalı olmayacam” – “Səbail”in futbolçusu
“Səbail”in futbolçusu Aleksandr Rıbka Ukrayna mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, 33 yaşlı qapıçı, Ukraynanın “Komanda” nəşrinə açıqlamasında “Səbail”in hazırkı durumu haqda da danışıb:
“Ümid edirəm ki, yazda vəziyyəti düzəldəcəyik. Klub rəhbərliyi və məşqçilər korpusu uğursuzluğun niyə baş verdiyini anlayacaq və hamımız bundan nəticə çıxaracağıq. Qarşıda hələ qış toplanışı var və oyunumuzu yaxşılaşdırmağa çalışacağıq.
Klubla 1,5 illik müqaviləm var. Hələlik burda hər şey məni qane edir. Ümid edirəm ki, hər şey sabit olacaq və karyeramı davam etdirmək üçün başqa klub axtarmalı olmayacam”.
Rıbkanın “Səbail”lə 2021-ci ilin yayına qədər müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin