“Tottenhem”də Harri Keyn şoku
İngiltərə Premyer Liqasının 21-ci turunda “Sauthempton”a məğlub olan (0:1) “Tottenhem” ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, hücumçu Harri Keyn sıradan çıxıb.
Qarşılaşmanın 75-ci dəqiqəsində zədələnərək əvəzlənən qolçu futbolçunun durumuna aydınlıq gəlib. Tibbi müayinədən sonra Keynin ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Bu müddətin ay yarım çəkməsi də istisna edilmir.
Bu isə o deməkdi ki, Keyn Premyer Liqada “Liverpul” və “Mançester Siti” ilə matçları buraxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin