3 il sonra futbola qayıtdı – İtaliya millisinin sabiq üzvü
2016-cı ildə karyerasını bitirdiyini açıqlayan Daniel Osvaldo yenidən futbola başlayıb.
Komanda.az xəbər verir ki, 34 yaşlı futbolçu “Banfild” klubuyla razılıq əldə edib. Bu barədə Argentina təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İtaliyalı hücumçuyla 6 aylıq müqavilə imzalanacaq.
Karyerası ərzində “Atalanta”, “Leççe”, “Bolonya”, “Espanyol”, “Roma”, “Sauthempton”, “Yuventus”, “İnter”, “Portu”, “Boka Xuniors” kimi klublarda çıxış edən Osvaldo, 14 dəfə də İtaliya yığmasının formasını geyinib.
Argentinalı forvard 2016-cı ildə futbolçu karyerasını bitirdiyini və musiqiylə məşğul olacağını demişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin