UEFA Qazaxıstan klubunu avrokuboklardan uzaqlaşdırdı

UEFA Qazaxıstanın “Ordabası” klubunu avrokuboklardan kənarlaşdırıb.

Komanda.az xəbər verir ki, sözügedən komandanın bu cür sərt qərarla üzləşməsinə maliyyə feyr-pleyi qaydalarına əməl etməməsi səbəb olub.

Bu üzdən “Ordabası” 2020/21 və 2021/22 mövsümündə avrokuboklara vəsiqə qazansa da belə, iştirak edə bilməyəcək. Amma bu cəzanın ləğvi üçün Qazaxıstan klubuna 2020-ci ilin 31 yanvar tarixinə qədər vaxt da verilib. Bu müddət ərzində bütün borclarını ödəyəcəyi halda, UEFA tərəfindən verilən cəza qüvvədən düşəcək.

Qitə futbol qurumu “Ordabası”nı 100 min avro məbləğində cərimə də edib.

UEFA “Ordabası” ilə yanaşı, “Olimpiya” (Sloveniya) və “Srvena Zvezda”nı (Serbiya) da cəzalandırıb. “Olimpiya” 75, “Srvena Zvezda” 50 min avro cərimələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button