Artetanın transferdə əsas hədəfi məlum oldu

“Arsenal”ın yeni baş məşqçisi Mikel Artetanın qış transfer pəncərəsi dövründə əsas transfer hədəfi müəyyənləşib.

Komanda.az xəbər verir ki, ispan mütəxəssis rəhbərlikdən “Yuventus”un futbolçusu Adrien Rabiotun transfer edilməsini istəyib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Turin təmsilçisində az şans qazanan Rabiotun da Premyer Liqaya getməyə müsbət yanaşdığı bildirilir.

24 yaşlı yarımmüdafiəçi bu mövsüm “Yuventus”la A Seriyasında 9 oyuna çıxıb. Rabiotun “qoca sinyora” ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button